Müstəqilaz

(Əhalisi və ərazisi olmayan qondarma rejim) Qarabağ prezidenti Araik Arutyunyan iyunun 12-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinə Rusiya günü münasibətilə təbrik məktubu göndərib.

Müstəqilaz bu barədə Newsarmenia-a istinadən xəbər verir.

“Xalqlarımız arasında dostluq, səmimi və mehriban qonşuluq münasibətləri, möhkəm tarixi, mədəni və mənəvi əlaqələr çoxəsrlik tarixə malikdir. Onlar birlikdə böyük bir yol keçdilər, zaman sınağına tab gətirdilər, çətinlikləri qət etdilər və qələbələr qazandılar “, – (Əhalisi və ərazisi olmayan qondarma rejim)  prezidentinin Baş İnformasiya İdarəsinin yaydığı məlumatda deyilir.

Arutyunyan vurğulayıb ki, “Bu gün Rusiya sülhməramlı qoşunları Qarabağda yerləşir və “Müdafiə Ordusu” ilə birgə son dərəcə mühüm missiyanı yerinə yetirir, əhalimizin təhlükəsizliyini və dincliyini təmin edir.”

«Biz Qarabağda Rusiya Federasiyasının səylərini və şəxsən sizin (Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi) “Azərbaycan-Qarabağ” münaqişəsinin sülh yolu ilə həllinə, bölgəmizdə sülh və sabitliyin qorunmasına yönəlmiş səylərinizi bilirik və yüksək qiymətləndiririk, buna görə də sizə dərin minnətdarıq.», – deyə (Əhalisi və ərazisi olmayan qondarma rejim) respublika prezidenti qeyd edib.

Daha əvvəl Arutyunyan bildirmişdi ki, Qarabağ xalqı və hakimiyyəti əmindir ki, Rusiya sülhməramlılarının mövcudluğu hərbçilərin və döyüş texnikalarının sayının müvafiq artması ilə zəmanətli və müddətsiz olmalıdır.

Bununla da Ermənistan hökuməti və havadarları Azərbaycana qarşı yönəlmiş bu tip mesajlarla bölgədə sülhün təmin olunmasına əngəl olmaq üçün əllərindən gələni edir, saxta və heç bir əsası olmayan bəyanatlarla çıxış edirlər.

//thaudray.com/4/5013541