Müstəqil.az

Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi onun statusunu müəyyənləşdirməlidir.

Müstəqilaz Sputnik Armenia-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan keçirilən brifinqdə xalqların özünü müəyyənləşdirmək hüququnun gündəmdə qalıb-qalmadığına dair suala cavab verərkən bildirib.

Qriqoryan qeyd edib ki, İrəvan Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin vacibliyini vurğulamaqda davam edir.

“Əminik ki, məhz hüquq və təhlükəsizlik statusu müəyyənləşdirəcək. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik “, – deyə o bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibinin qeyd etdiyi kimi, məhz bu istiqamətdə işləyərək nəticələr əldə etmək olar.

//lephaush.net/4/5013541