AQTA enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb.

Metbuat.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində satış şəbəkələrində istehlakçılara təqdim olunan enerji içkisi və bir sıra digər içkilərin enerji içkisi olub-olmaması, eləcə də qaydalara uyğunluğunun müəyyən edilməsi üçün monitorinqlər aparılıb. Bu məqsədlə ölkəmizdə istehsal olunan və idxal edilən enerji içkilərindən və bir sıra digər içkilərdən nümunələr götürülərək laborator analizlər həyata keçirilib.

Araşdırmaların nəticəsinə uyğun olaraq, “Ayan” MMC tərəfindən istehsal edilən Lion əmtəə nişanlı içkinin enerji içkisi olduğu öz təsdiqini tapsa da, etiket məlumatları və markalanmada qanunvericiliyin tələblərinə əməl olunmadığı üçün həmin məhsulun satış şəbəkələrindən geri çağırılması və markalanma tələblərinin icra edilməsi ilə bağlı qərar qəbul olunub. Araşdırmalar davam etdirilir. İctimaiyyətə nəticələri ilə bağlı geniş məlumat veriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu