Müstəqilaz

Türkiyədə paranormal hadisələrin baş verdiyi 5 yer arasında göstərilən və Sakaryada yerləşdiyi iddia edilən Azem kəndi zaman-zaman gündəmdə olmaqda davam edir. İndiyə qədər heç kimin təkbaşına girməyə cürət etmədiyi kəndin əhvalatını bilməyənlər də az deyil.

Müstəqilaz bu barədə Haber7-ə istinadən xəbər verir.

Türkiyədə paranormal hadisələrin baş verdiyi bölgələr vətəndaşlar tərəfindən maraqla qarşılanır. Həmin yerlərdən biri də Sakaryada olduğu iddia edilən Azem kəndidir.

1921-ci ildə Sakaryada baş verən əhvalata görə, bir kənddə açıqlana bilməyən hadisələr başladıqda kəndin 117 ailəsi kəndi tərk edib. İddialara görə, kəndə cinlər basqın edib. Səbəb ərəbcə “müdafiəçi” mənasını verən azem tilsiminin edilməsidir. Sözügedən əhvalat Azem filminin də mövzusu olub.

Sakaryanın hansı rayonunda baş verdiyi belə bəlli olmayan bu əhvalat sosial mediada zaman-zaman gündəmə gəlir.
Kəndlə bağlı daha bir diqqətçəkən məlumat ondan ibarətdir ki, indiyədək heç kim ora təkbaşına girməyə cürət etməyib. Bundan əlavə, kəndin yerini bilənlər onu gizlədirlər ki, heç kim getməsin.

//thaudray.com/4/5013541