Müstəqilaz

Çinin rəsmi elmi qurumunda yerdən kənar svilizasiyanın olduğuna dair dəlillər olduğuna dair hesabat dərc edilib. Lakin hesabat dərhal silinib.

Elm adamları Çinin ən böyük radioteleskopu olan FAST ilə süni radio siqnalları təsbit etdiklərini iddia ediblər.

Müstəqilaz bu barədə NTV-ə istinadən xəbər verir.

Çin tədqiqatçıları yerdən kənar sivilizasiyaların mövcudluğuna dair sübutlar tapdıqlarını iddia edir.

Dövlət tərəfindən maliyyələşdirilən “Science and Technology Daily” saytında yer alan xəbərə görə, ölkənin nəhəng teleskopunun “Sky Eye” yadplanetli sivilizasiyanın izlərini tapdığı açıqlanıb.

Sözügedən hesabatın qısa müddətə silindiyi görülüb. Dünyanın ən böyük radioteleskopu olan Sky Eye tərəfindən kəşf edilən dar zolaqlı elektromaqnit siqnalları indiyə qədər çəkilənlərdən fərqlidir.

Komandanın bu siqnalları daha dərindən araşdırdığı bildirilir. 

FAST-ın yeni missiyası dərin kosmosu araşdırmaq və yerdənkənar həyatın sübutunu təmin edə biləcək radiosiqnalları tapmaqdır.

Hesabata görə, komanda 2019-cu ildə toplanmış məlumatları 2020-ci ildə işləyərkən iki komanda şübhəli siqnallar aşkar edib. Komanda 2022-ci ildə ekzoplanet hədəflərinin müşahidə məlumatlarından başqa bir şübhəli siqnal tapıb.

Çindəki “Sky Eye” aşağı tezlikli radio zolağında son dərəcə həssasdır və yadplanetli sivilizasiyaların öyrənilməsində mühüm rol oynayır. Bununla belə, ekspertlər sözügedən siqnalların radio müdaxiləsi ola biləcəyini də deyirlər. 

//lephaush.net/4/5013541