Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimlə keçmiş gəlini Canana arasındakı məhkəmə prosesi başa çatıb.

Musteqil.az xəbər verir ki, Canana özünün “Facebook” səhifəsində Ali Məhkəmənin qərar verdiyini açıqlayıb. O bildirib ki, hakim 3 uşağın qəyyumluğunu anaya verib:

“Qalibəm və xoşbəxtəm, bu gün vəkilim 3 övladımı da Ali Məhkəmənin mənə verdiyi xəbərini çatdırdı. Artıq mən də rahat nəfəs ala biləcəyəm. Mənə bu yolda dəstək olan hər kəsə təşəkkür edirəm. Balalarımın üçü də mənim adımdadır. Çox şükür”.

Xatırladaq ki, Kərim və Canana ötən ilin oktyabrında qalmaqallı şəkildə boşanıb. Üç uşağın qəyyumluğu ataya verilib. Canana daha sonra Apellyasiya məhkəməsinə müraciət edərək, uşaqları geri alıb. Bu qərarla razılaşmayan Kərim Ali Məhkəməyə müraciət edib.

Qeyd edək ki, Kərim ikinci dəfə ailə qurub və həyat yoldaşı ana olmağa hazırlaşır.

Canana isə M.İsgəndərlinin evinə gedərək onunla barışıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//thaudray.com/4/5013541