Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musteqil.az “Report”a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı mikroavtobus əks istiqamətdə hərəkətdə olan “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, Ağsu rayon sakini, 64 yaşlı Əşrəfov Elman Vəzir oğlu və onun sərnişini 42 yaşlı Ağayev Niyaməddin Babalı oğlu hadisə zamanı həlak olublar.

Bundan başqa “KamAZ”ın sürücüsü 53 yaşlı, Şəki rayon sakini İsmayılov Faiq Nağdalı oğlu və “Mercedes”də olan digər sərnişin 57 yaşlı Əşrəfova Firəngiz Talıb qızı müxtəlif növ ağır xəsarətlər alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//thaudray.com/4/5013541