Müstəqilaz

Türkiyənin müdafiə sənayesində çatdığı məqamı şərh edən Pentaqon və ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Rich Outzen, “Bu gün Türkiyə öz ehtiyaclarının 70%-ni istehsal edir” deyə fikir bildirib.

Türkiyə son illərdə müdafiə sənayesində atdığı addımlarla dünyada aktiv mövqeyə gəlib.

Müstəqilaz bu barədə NTV-ə istinadən xəbər verir.

Havada, quruda və dənizdə istehsal olunan milli və yerli müdafiə sənayesi məhsulları terrora qarşı mübarizədə və müharibələrdə rol oynamağa başlasa da, qlobal miqyasda ən səlahiyyətli şəxslər bu vəziyyətə göz yuma bilmir və ya bunu qəbul etmək istəmir.

Keçmiş Pentaqon və ABŞ Dövlət Departamentinin rəsmisi Rich Outzen Türkiyənin müdafiə sənayesində gəldiyi nöqtəyə toxunaraq, “Türkiyə müdafiə sənayesində müstəqil olmaq istəyir. Biz müştərilər axtarırıq və əlimizdəki sistemləri satmaq istəyirik. Bu, vəziyyət ziddiyyət yaradır.Bu gün Türkiyənin öz tələbatının 70 faizini istehsal edir”.deyə o bildirib.

Türkiyənin ABŞ-dan almaq istədiyi müdafiə sənayesi məhsullarının bloklandığını bildirən Outzen, “ABŞ-ın satışlarında Konqresin rolu var və bu, bir az problem yarada bilər. Türkiyəyə satışın qarşısı konqreslə alına bilər. Amma vəziyyət tamamilə nəzarətsiz deyil, bəzi məsələlərdə hələ də əməkdaşlıq edə bilərik”. dedi.

//thaudray.com/4/5013541