Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ bir sıra rusiyalı iş adamlarına və hökumət rəsmilərinə sanksiya tətbiq edir.

Musteqil.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

“Bugünkü sanksiyalar Rusiya hökumətinin Putinə yaxın bir neçə tanınmış üzvlərinə, Sergey Rolduginə qarşı yönəlib”, – nazirliyin bəyanatında deyilir.

Sanksiyalar həmçinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova və “Severgroup”un rəhbəri Aleksey Mordaşov , Rusiya nazirləri Vitali Savelyev , Maksim Reşetnikov, İrek Fayzullin, baş nazirin müavini Dmitri Qriqorenko və iş adamı Qod Nisanovu əhatə edib.

ABŞ Xəzinədarlığı həmçinin 16 hüquqi şəxsə, o cümlədən avqustun 31-dək əməliyyatlara icazə verilən “Severstal” PJSC, “Alqoritm” MMC, “Nord Gold” PLC və “Severgroup” MMC-yə məhdudiyyətlər elan edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//shaickox.com/4/5013541