“ABŞ Azərbaycanı yeni dünya nizamında yanında görmək istəyir”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallığı Ağ Ev qəbul edərək, bunu öz regional kontekstində qiymətləndirir. Bununla yanaşı, Vaşinqton Cənubi Qafqazda strateji cəhətdən möhkəmlənmək və yeni dünya nizamında Rusiyanı regiondan sıxışdırmağı planlayır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə ABŞ-Azərbaycan əlaqələrini dəyərləndirən zaman deyib. Müsahib bildirdi ki, Baydenin arda-arda göndərdiyi məktublarda regionda Azərbaycanla birgə işləyəcəklərini vurğulaması ABŞ-ın Azərbaycanı yeni dünya nizamında öz yanında görmək istəyindən irəli gəlir.

“C. Baydenin Azərbaycana dəstək, regional və ikitərəfli əlaqələrin inkişafı istiqamətində göndərdiyi məktuba rəsmi Bakı cavab verməli idi. Məhz Prezidentin köməkçisi Hikmət Hacıyevin Vaşinqtona səfəri cavab addımıdır. Ağ Evdə aparılacaq danışıqlarda Azərbaycanın ABŞ yeni strategiyasına dəstək verəcəyi və ölkəmizin Ermənistanla normallaşma prosesində Vaşinqtonun Yerevana təzyiqlər edilməsi razılaşdırılacaq. Ağ Ev Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində Azərbaycanın atacağı addımları dəstəkləməsi, xüsusilə Qarabağda silahlı erməni birləşmələrinin çıxarılması istiqamətində Azərbaycana tam dəstək verməsi mümkündür”.

Politoloq onu da qeyd etdi ki, Azərbaycan rəsmisi ilə danışıqlar müsbət istiqamətdə gedəcək və ola bilər ki, bu danışıqlarda prezident İlham Əliyevin Vaşinqtona səfəri razılaşdırılsın.

“Artıq Vaşinqtonla Bakı arasında yeni təmasların inkişafı prezidentlərin ikitərəfli danışıqlarını labüd edir. C.Baydeb prezident İlham Əliyevi Ağ Evdə qəbul etməsi istisna deyil. Dünya yeni bir siyas nizama qədəm qoyur. Cənubi Qafqaz regionunun təhlükəsizlik arxitekturasını Azərbaycan yenidən qurur və bu istiqamətdə Vaşinqton Bakı ilə təmaslara dəstək verməklə münasibətləri inkişaf etdirəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu