Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ-a hava nəqliyyatı ilə səyahət edən sərnişinlərdən COVID-19 test nəticələri, yaxud COVID-19 xəstəliyindən sağalma barədə sertifikat tələb olunmayacaq.

Musteqil.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Bildirilir ki, bu, iyunun 12-dən etibarən qüvvəyə minib.

Bununla belə, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin verdiyi qərara əsasən, ABŞ vətəndaşlığı və ya miqrasiya vizası olmayan şəxslər əvvəlki kimi peyvənd şəhadətnaməsini təqdim etməlidirlər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//thaudray.com/4/5013541