50 illik mübahisə həllini tapdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kanada və Danimarka Arktikadakı mübahisəli Hans adası ilə bağlı razılığa gəliblər.

Metbuat.az xəbər verir ki, bu barədə Kanada hökuməti məlumat yayıb. Bildirilib ki, 50 ilə yaxındır davam edən problem qarşılıqlı güzəşt əsasında həllini tapıb.

Qeyd edək ki, Qrenlandiyanın şimal-qərbində yerləşən 1,3 kvadrat kilometrlik qaya adası hər iki ölkənin ərazi suları daxilində və hər iki ölkədən 18 kilometr aralıda yerləşir. Buna görə də hər iki ölkənin adaya iddia etmək hüququ var. Razılığa əsasən həm Kanada, həm də Danimarka adada əraziyə sahib olub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.