Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

13 fevral 2022-ci ildə saat 7 radələrində Şəmkir rayonu Çinarlı kəndi ərazisində birgə yaşadıqları evdə Lalə Həsənova və azyaşlı qızı Qumru Həsənovanın qəsdən öldürülmələri faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Şəmkir rayon prokurorluğundan Musteqil.az-a verilən məlumta görə, Elməddin Həsənov qeyd edilən tarixdə birgə yaşadıqları evdə çarpayıda yatmış və hamilə vəziyyətində olduğunu bildiyi arvadı Lalə Həsənovaya əvvəllər aralarında baş vermiş mübahisə ilə əlaqədar bıçaqla çoxsaylı xəsarətlər yetirərərək öldürdükdən sonra sonuncunun yanında olan azyaşlı qızının ona mane olmasından hiddətlənərək həmin bıçaqla çoxsaylı xəsarətlər yetirərək Qumru Həsənovanı da qəsdən öldürüb.

Elməddin Həsənov Cinayət Məcəlləsinin 120.2.4, (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7, (iki və ya daha çox şəxsi öldürmə) 120.2.8 (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//outrotomr.com/4/5013541