Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə beynəlxalq təyinat alıb.

Musteqil.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağayev San-Marino və Malta komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının II tur oyununu idarə edəcək.

Ona laynsmanlar qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 5-də San-Marinonun Serravalle şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//eephaush.com/4/5013541