Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, iyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub. Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər.

Musteqil.az xəbər verir ki, mərasimdə əslən Şuşadan olan Özbəkistan Yazıçılar Birliyinin üzvü Əli Nəsirli çıxış edib. O, əməyinin yüksək qiymətləndirildiyini, Özbəkistanın “Dostluq” ordeni ilə təltif olunduğunu vurğulayaraq deyib:

“Özbəkistanda yaşayan 41 min azərbaycanlının 3 min nəfəri mənim yaşadığım Sırdərya vilayətində yaşayır. Yeni Özbəkistanın böyük gələcəyi üçün hamımız birlikdə səmimi qəlbdən çalışırıq. Mən bir yaradıcı şəxs kimi bildirmək istəyirəm ki, bizim dostluq və qardaşlıq ənənələrimizin tarixi kökləri çox qədimdir. Bunu klassik şairlərimizin, alimlərimizin əsərlərində, onların bir-biri ilə münasibətlərində aydın görmək olar. Uzağa getməyək, astronomiya elminin dahisi Mirzə Uluqbəyin ən sevimli şagirdi Əli Quşçu azərbaycanlı olub. Möhtərəm ümummilli lider Heydər Əliyevin yurddaşı, Azərbaycanın böyük dramaturqu Hüseyn Cavid hələ 1925-ci ildə “Əmir Teymur” dramını yazıb”.

Ə.Nəsirli bu gün Özbəkistan – Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu, yeni nəfəs, yeni ruh verildiyini bildirib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışının bizim üçün fəxr olduğunu qeyd edib:

“Bu yer bizim üçün dostluq və qardaşlıq məkanıdır. Əminəm ki, burada dostluğa və qardaşlığa xidmət edən əsərlər yaranacaq. Mən sizə bunun üçün dərin minnətdarlığımı bildirirəm”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//lephaush.net/4/5013541