Zelenskidən Ukraynanın “Avroviziya”da qalib olmasına reaksiya

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Xəbər verdiyimiz kimi, İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi Ukrayna olub.

Metbuat.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə bununla bağlı paylaşım edib.

“Cəsarətimiz dünyanı heyran edir, musiqimiz Avropanı fəth edir!

Gələn il Ukrayna “Avroviziya”ya ev sahibliyi edəcək! Tarixində üçüncü dəfədir. Və inanıram – sonuncu deyil.

Biz əlimizdən gələni edəcəyik ki, bir gün “Avroviziya” iştirakçılarını və qonaqlarını Ukraynanın Mariupol şəhərində qəbul edək.

Azad, dinc, yenidən qurulmuş!

“Kaluş” qrupunu qalib edən və bizə səs verən hər kəsə təşəkkür edirik!

Əminəm ki, düşmənlə döyüşdə qələbə akkordumuz uzaqda deyil”, – deyə paylaşımda qeyd olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu