Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ukrayna Prezidenti Volodimir Zelenski ilə “Böyük Yeddilik” (G7) ölkələrinin liderləri mayın 8-də videokonfrans keçirəcək.

Musteqil.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə bildirib.

Onun sözlərinə görə, liderlər Ukrayna ətrafındakı vəziyyəti, habelə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi perspektivlərini müzakirə edəcəklər.

Psaki qeyd edib ki, ABŞ Rusiyanın həm fiziki, həm də hüquqi şəxslərinə qarşı yeni sanksiyalar tətbiq edəcək. Sanksiyaların qəbulu videokonfrans zamanı müzakirə olunacaq.

Bununla yanaşı, Ağ Evin sözçüsü deyib ki, ölkəsi mayın 12-13-də keçiriləcək ABŞ-ASEAN sammitində Ukrayna ətrafındakı vəziyyəti, həmçinin KXDR ilə bağlı məsələləri müzakirə etmək niyyətindədir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//ashoupsu.com/4/5013541