Zelenski Corc Buşla danışdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın 43-cü prezidenti Corc Buşla danışıb.

Metbuat.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Zelenskinin “Instagram” səhifəsinə istinadla yazır .

O, ABŞ-ın keçmiş rəhbərinə Ukraynaya dəstək sözlərinə görə təşəkkür edib.

Bu, Zelenskinin ABŞ-ın 43-cü prezidenti ilə ilk tanışlığı idi. Danışıqlar zamanı Buş ukraynalılara dəstək olduğunu bildirib.

“Amerika Birləşmiş Ştatlarına və Amerika xalqına səmimi köməyə görə təşəkkür edirik. Biz bunu hiss edirik və yüksək qiymətləndiririk”, – Zelenski deyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu