Lənkəran Dövlət Universitetinin (LDU) müəllimi Elşad Rəhimovun tələbə qızlara əxlaqsız təkliflər etməsinə dair yayılan xəbərlərə aydınlıq gətirilib.

Azpost.info bildirir ki, bu barədə LDU açıqlama yayıb. “Bu gün sosial şəbəkələrdə, KİV-də Elşad Rəhimovla bağlı yayılan video ilə əlaqədar bildirmək istəyirik ki, hazırda həmin görüntülər hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılır, məsələ Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən nəzarətə götürülüb, universitet rəhbərliyinin də diqqət mərkəzindədir.

Məlumat üçün bildiririk ki, Elşad Rəhimov Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisidir, LDU-da 0,5 ştat əvəzçiliklə müəllim işləyir.

Araşdırmaların nəticəsi məlum olduqdan sonra universitet həmin nəticələrə uyğun qərar verəcək və görülən tədbirlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Elşad Rəhimov isə APA-ya açıqlamasında bildirib ki, yayılan video əslində 1 il əvvəl çəkilib və tələbələrlə heç bir əlaqəsi yoxdur: “Yayılmış görüntülərlə bağlı onu deyə bilərəm ki, ki, 2021-ci ildə “Facebook”da “Messenger”imə müəyyən videolar gəlirdi. İstər-istəməz telefona gələn linkləri açıb baxırıq. Mən həmin videolara baxan kimi bağlayırdım”.

Elşad Rəhimov qeyd edib ki, tələbələrə qiymət yazmaq üçün əxlaqsız təkliflər etməsinə dair yayılan məlumatlar yalandır və məlum video tələbələr tərəfindən yayılmayıb: “Mən artıq 5-6 ildir ki, universitetdə müəllim kimi fəaliyyət göstərirəm. Mənim tələbələrlə yalnız müəllim münasibətim var”.

Elşad Rəhimov iddia edib ki, video onu şantaj etmək məqsədi ilə ictimailəşdirilib.

By admin

//thaudray.com/4/5013541