Ukrayna Rusiya və Belarus dərmanlarına QADAĞA QOYDU
Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
Ukrayna Ali Radası “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edib.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
7313 saylı qanun layihəsinə edilən dəyişikliyə əsasən, Rusiya və Belarusda istehsal edilən dərman vasitələrinin Ukrayna ərazisində dövriyyəsi məhdudlaşdırılacaq
Sənədə əsasən, dərman vasitəsinin istehsalının bir, bir neçə və ya bütün mərhələlərinin istehsal müəssisələri Rusiya və Belarus ərazilərində yerləşən müəssisələr tərəfindən həyata keçirildiyi aşkar edildikdə, dərman vasitələrinin dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.
Xatırladaq ki, Ukrayna Səhiyyə Nazirliyi 39 Belarus dərmanının satışına və istifadəsinə qadağa qoyub. İdxal olunaraq dövriyyəyə buraxılanlar isə istifadə müddəti bitmədən satıla və istifadə oluna bilər.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.