Ukrayna Avropaya qaz tranzitini dayandırdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ukrayna Rusiya hərbçiləri tərəfindən Luqansk vilayətində ələ keçirilən “Soxranovka” stansiyası vasitəsilə qazın Avropaya tranzitini dayandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın GTS operatorunun mətbuat xidməti məlumat yayıb.

Şirkət fors-major vəziyyətin baş verdiyini açıqlayıb. Avropaya tranzitin demək olar ki, üçdə biri “Soxranovka” vasitəsilə reallaşır.

Belə ki, 11 may 2022-ci il saat 07:00-dan qovşaqdan qaz qəbul edilməyəcək.

Eyni zamanda, Ukrayna avropalı tərəfdaşlar qarşısında tranzit öhdəliklərini tam həcmdə və müqavilənin şərtlərinə uyğun yerinə yetirmək üçün tranzitin müvəqqəti başqa ərazidən həyata keçirilməsini düşünür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu