“Twitter” istifadəçilərin məlumatlarını satdığı üçün cərimələnib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ-da “Twitter” reklamların satışına kömək etmək üçün istifadəçilərin məlumatlarından qanunsuz istifadə etməkdə ittiham edilib və 150 milyon dollar məbləğində cərimələnib.

Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Federal Ticarət Komissiyası (FTC) və Ədliyyə Departamenti “Twitter”in tənzimləyicilərlə bağladığı razılaşmanı pozduğunu iddia edib.

Bildirilib ki, “Twitter” telefon nömrələri və e-poçt ünvanları kimi şəxsi məlumatları reklam şirkətlərinə verməyəcəyinə razılaşdığı halda, bu razılaşmanı pozaraq məlumatları satıb.

Qeyd edək ki, FTC ABŞ hökumətinin müstəqil agentliyidir və onun missiyası antiinhisar qanunvericiliyinin tətbiqi və istehlakçıların hüquqlarının müdafiəsini təbliğ etməkdir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu