Rusiya prezidenti Vladimir Putinin donanmalarına nəzarət etmək üçün istifadə etdiyi xüsusi “parad gəmisi”nin Ukrayna qüvvələri tərəfindən məhv edildiyi açıqlanıb. 

Musteqil.az xəbər verir ki, Ukrayna ordusu Qara dənizdəki İlan adası yaxınlığında Bayraktar TB2 pilotsuz uçan aparatından atılan raketlərlə ağ rəngli “Raptor” sinifli patrul gəmisinin vurulduğunu iddia edib.

Yayımlanan videoda gəminin vurulma anı saniyə-saniyə qeydə alınıb.

Bildirillir ki, Rusiya lideri bu gəmidən Sevastopol və Sankt-Peterburqda donanma yoxlamaları üçün istifadə edib. Bununla yanaşı  patrul və ya hərbi paradlarda dəfələrlə bu gəmidən ictimaiyyətə müraciət edib. (unikal)

//zikroarg.com/4/5013541