Müstəqil.az
Türkiyənin Xarici İşlər Nazirliyi İsrail parlamentinin üzvü İtamar Ben-Qvir və İsrail polisinin himayəsində olan fanatik yəhudi qruplarının Məscidül-Əqsaya basqın etməsinə reaksiya verib.
Müstəqilaz xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
“İsrail parlamentinin deputatı İtamar Ben-Qvir və fanatik yəhudi qruplarının İsrail polisinin himayəsi altında Məscidül-Əqsaya basqın etməsi və bu ərazidə namaz qılmaq cəhdlərinin qarşısının alınması Əl-Əqsa məscidindəki status-kvonun açıq şəkildə pozulmasıdır. .
Biz İsrail hökumətini qeyd olunan müqəddəs yerlərdə status-kvonu qorumaq üçün lazımi tədbirlər görməyə dəvət edir və regionda gərginliyi artıracaq təxribat xarakterli hərəkətlərə yol verməməyə çağırışımızı bir daha bildiririk”.