Müstəqil.az

Türkiyə ordusu Suriyanın şimalında istənilən vaxt yeni hərbi əməliyyata başlaya bilər. Hava qüvvələri hazır vəziyyətdədir.

Müstəqilaz «Hürriyyət» qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Naziri Hulusi Akar deyib.

Akarın qeyd etdiyi kimi, bu cür əməliyyatların başlama vaxtı bir çox amillərdən, o cümlədən hazırlıq dərəcəsindən, yerin şəraitindən, hava şəraitindən asılıdır.

«Əlbəttə ki, siyasi iradədən», – deyə Türkiyə naziri əlavə edib.

Nəşr istisna etmir ki, Suriyada əməliyyat keçirmək barədə qərar Rusiya Federasiyası və Türkiyə prezidentlərinin 30 may tarixinə planlaşdırılan telefon danışığından sonra qəbul edilə bilər.

//alpidoveon.com/4/5013541