İranın cənubunda yerləşən Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) zabiti Müslüm Tağızadə naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.

Müstəqil.az xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Bildirilib ki, hadisə Əhvazın Ümidiyyə bölgəsində nəzarət-buraxılış məntəqəsində baş verib.

Xatırladaq ki, Xuzistan əyalətində, əsasən, ərəblər yaşayır.

Qeyd edək ki, aprelin sonunda İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının Sistan-Bəlucistan əyalətindəki bölmələrinin baş komandanı general Hüseyn Almasinin olduğu avtomobilə naməlum şəxslərin açdığı atəş nəticəsində mühafizəçi ölmüşdü. Hadisənin nəzarət-buraxılş məntəqəsində baş verdiyi bildirilirdi.

//ugroocuw.net/4/5013541