Azərbaycan Atıcılıq Federasiyasına yeni vitse-prezident təyinatı olub.

Polis polkovnik-leytenantı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) şöbə müdiri Tofiq Bəylərov Atıcılıq Federasiyasında üçüncü vitse-prezidenti olub. Xatırladaq ki, Atıcılıq Federasiyasının prezidenti daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovdur. Digər iki vitse-prezident daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev və stend atıcılığı üzrə olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti və polis polkovniki olan Zemfira Meftahəddinovadır.

guninfo

//zikroarg.com/4/5013541