Müstəqil.az

Ermənistan parlamentinin spikeri Alen Simonyan «Qarabağ Azərbaycanın tərkibində olmayacaq» ifadəsindən yayınıb.Bu, onun fikrincə, danışıqlar prosesinə mane ola bilər.

Müstəqilaz bu barədə Sputnik Armenia-ya istinadən xəbər verir.

Jurnalistlər niyə artıq hakimiyyətin Qarabağın Azərbaycanın tərkibində ola bilməyəcəyini bildirmədiyi sualını soruşduqda, Simonyan cavab verərək bildirib ki, vəziyyət hər dəqiqə dəyişir.

«İndi Ermənistan deyir ki, orada Qarabağ əhalisi var, hüquqları olan əhali var və bu hüquqlara əsasən status əldə etmək lazımdır», – deyə Ermənistan parlamentinin spikeri bildirib.

Parlament spikerinin sözlərinə görə, «Qarabağ Azərbaycanın tərkibində olmayacaq» sözlərini işlətmək,  gələcək dialoqdan imtina etmək deməkdir.

//thaudray.com/4/5013541