Şimali Koreyada virusdan ilk ölüm halları qeydə alınıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Şimali Koreya COVİD-19-dan ilk ölüm hallarını təsdiqləyib.

Metbuat.az BBC-yə istinadla xəbər verir ki, Şimali Koreyanın dövlət mediası daha on minlərlə insanda qızdırma kimi simptomların olduğunu təsdiqləyib.

Cümə günü dövlət mediasının verdiyi məlumata görə, altı nəfər qızdırmadan sonra “Omicron” testləri pozitiv çıxdıqdan sonra ölüb.

Həmçinin bildirilib ki, qızdırması olan 187 min insan karantinə alınıb.

Qeyd olunur ki, mütəxəssislər virusun ölkədə bir müddətdir mövcud olduğuna inansalar da, səlahiyyətlilər bu xəbəri yalnız bu yaxınlarda elan ediblər.

Paytaxt Pxenyanda da karantin rejimi elan edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu