Şagirdlərin elektron yerdəyişməsi dayandırıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

31 may saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılıb.

Təhsil Nazirliyindən Metbuat.az-a verilən xəbərə görə, növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlayacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu