Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
“Ukraynanın Xarkovdan şimal-şərqdəki əks-hücum əməliyyatı əhəmiyyətli irəliləyiş əldə edib və çox güman ki, yaxın günlərdə və ya həftələrdə Rusiya sərhədinə doğru hərəkət edəcək”.
Musteqil.az publika.az-a istinadən xəbər verir ki, bunu NV-yə müsahibəsində hərbi ekspert Oleq Jdanov deyib.
“Mən istənilən əks hücumu, ərazilərimizin azad edilməsini müsbət qiymətləndirirəm. qoşunların sayı baxımından istiqamət ən zəifdir”, – ekspert qeyd edib.
Jdanov həmçinin vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri dövlət sərhədinə çata bilər:
“Mövcud qüvvə və vasitələrlə dövlət sərhədinə çatmaq üçün orada bizim bütün üstünlüklərimiz var. Sonra cənuba və sərhəd boyu istiqamətimiz olacaq. Bu, bizə genişmiqyaslı əks-hücum əməliyyatına başladığımız zaman faydalı olacaq”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.