Rusiyada hamının gözlədiyi nümayiş son anda təxirə salındı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiyanın paytaxtı Moskvada keçirilən Qələbə Günü mərasimində təyyarələrin hava şousu ləğv edilib.

Metbuat.az xəbər verir ki, Rusiyada 9 May – Qələbə Günü ilə bağlı keçirilən parad baş tutub. Rusiya üçün kritik əhəmiyyət kəsb edən parad üçün günlərdir məşqlər keçirilirdi. Əldə olunan görüntülərdə Rusiya təyyarələrinin Ukrayna müharibəsindən sonra təbliğat simvoluna çevrilən “Z” simvolu şəklində uçduğu əks olunmuşdu. Paradda Rusiya təyyarələrinin maraqla gözlənilən nümayişi son anda ləğv olunub. Rəsmi Kreml buna səbəb kimi pis hava şəraitini göstərsə də, sabotaj iddiaları meydana çıxıb. Belə ki, havanın küləkli və yağışlı olmaması bu açıqlamanı şübhə altına alıb.

Digər şəhərlərdə də oxşar nümayişlərin təxirə salınması Ukrayna tərəfindən təxribat törədiləcəyindən ehtiyat edildiyi iddialarının meydana çıxmasına səbəb olub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu