Rusiya XİN Putinin xəstə olduğunu inkar edib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Vladimir Putinin xəstə olması ilə bağlı fərziyyələri inkar edib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sergey Lavrov Fransa televiziyasına müsahibəsində bildirib. O, deyib ki, Rusiya lideri hər gün ictimaiyyət qarşısına çıxır və heç bir ağlı başında olan adam xəstəlik əlaməti görə bilməz.

Bu il 70 yaşı tamam olan Putin haqqında xərçəngdən əziyyət çəkə biləcəyi ilə bağlı təsdiqlənməmiş bir çox fərziyyələr mediada yayılıb.

Müsahibə zamanı Lavrov, həmçinin şərq regionunun “azad edilməsi”nin Rusiya üçün “şərtsiz prioritet” olduğunu deyib. O, Rusiyanın Ukraynada “neonasist rejimi” ilə mübarizə aparması barədə də danışıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu