Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiya Silahlı Qüvvələri ABŞ və Avropa İttifaqından Ukrayna Silahlı Qüvvələrinə verilən silahları və Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyətini “İsgəndər”lə atəşə tutub.

Musteqil.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

“Xarkov vilayətinin Krasnoqrad və Karlovka dəmiryol stansiyaları ərazilərində “İsgəndər” operativ-taktiki raket kompleksləri ABŞ və Qərb ölkələrindən gətirilən böyük miqdarda silah və hərbi texnikanı, habelə Ukrayna Silahlı Qüvvələrinin 58-ci motoatıcı briqadasının bölmələrinin şəxsi heyətini məhv edib.”, – Konaşenkov bildirib.

Bundan əlavə, Rusiya Aerokosmik Qüvvələri yüksək dəqiqlikli raketlərlə Ukrayna ordsunun 42 canlı qüvvəsinin cəmləşdiyi ərazini və iki sursat anbarını, “İlan” adası yaxınlığında Ukraynaya məxsus üç “Mi-8” helikopterini və iki “Su-24” və “Su-27” təyyarələrini vurub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//unbeedrillom.com/4/5013541