Rus hərbçilər geri çəkildi: Türkiyə ordusunun önü açıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Rusiyanın Suriyanın 8 strateji bölgəsindəki hərbçilərini geri çəkdiyi məlum olub.

Metbuat.az xəbər verir ki, bu barədə Suriyanın Milli ordusu məlumat yayıb. Bildirilir ki, İdlib, Hama, Hələb və digər bölgələrdəki ruslar bölgədən çıxıb. Hərbi mənbələr rusların Mənbicdən çəkilməsinin önəmli olduğunu bildiriblər. Çünki bu ərazi Hələbə gedən strateji yol üzərində yerləşir. Türkiyə üçün starteji önəmə sahib Tel Rifat istiqamətində də Rusiya əsgərləri qalmayıb. Rus hərbçilərin Ukraynaya göndərildiyi vurğulanır. Bildirilir ki, rusların çəkildiyi bəzi bölgələrdə ABŞ-ın kəşfiyyat qüvvələrinin olduğu müşahidə edilib.

Başa dön tuşu