Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində çıxış edəcək “Qarabağ”ın təlim-məşq toplanışının proqramı açıqlanıb.

“Köhlən atlar”ın Mətbuat Xidmətindən Musteqil.az-a verilən məlumata görə, komanda iyunun 9-da Bakıda bir araya gələcək.

Ölkə çempionu iyunun 20-də hazırlıq prosesinin növbəti mərhələsi üçün Avstriyaya yollanacaq. Ağdam təmsilçisinin Bakıya qayıdışı UEFA Çempionlar Liqasındakı püşkatmanın nəticəsinə əsasən müəyyənləşəcək. “Qarabağ” ilk oyunu evdə keçirəcəyi halda, hazırlıq prosesini daha erkən başa vuraraq, Bakıya qayıdacaq, əks halda, Avstriyada qalaraq, birbaşa səfər matçına yollanacaq.

“Qarabağ” sözügedən ölkədə 3 yoxlama oyunu keçirəcək. Rəqiblər isə hələlik dəqiqləşməyib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 14-də atılacaq. Raundun ilk oyunları 5-6 iyulda, cavab qarşılaşmaları isə 12-13 iyulda gerçəkləşəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//thaudray.com/4/5013541