“Qarabağ” çempionluq oyunundan əvvəl azarkeşlərə jest edib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,“Qarabağ”ın “Sabah”a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXV turundakı ev oyununa giriş pulsuz olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi feysbuk hesabı paylaşım edib.

“Köhlən atlar” postda “sabahkı oyuna girişi biletsiz etdik. Bayram gününə özəl olaraq stadiona giriş pulsuz olacaq. 9-a doğru birlikdə addımlayaq”! yazıb.

Qeyd edək ki, mayın 3-də “Azersun Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Başa dön tuşu