Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Britaniya Kolumbiya Universitetində biotibbi mühəndislik proqramı tərəfindən “ağıllı dəri” hazırlanıb.

Musteqil.az “Scitechdaily” nəşrinə istinadla xəbər verir ki, bu layihə təbii dəri kimi hissetmə imkanlarına malik olaraq protezlərin, süni implatasiyaların gələcəyi ola bilər.

Qeyd olunur ki, hidrogellərdən hazırlanmış bu “ağıllı” dərilər plastik və metallardan hazırlanmış digər ağıllı dərilərdən fərqli olaraq, həqiqi dəri kimi yumşaqdır. Quraşdırıldıqları protez qola və ya robot əlinə daha təbii hiss bəxş edir və onları taxmaq daha rahat olur. Çünki bu hidrogellərə təzyiq tətbiq edildikdə müxtəlif sürətlə yayılaraq elektrik siqnalı yaradır.

Sensor sinirə bağlanan zaman o, sinirdə siqnal yaradır. Sinir isə öz növbəsində əzələlərin daralmasını aktivləşdirir. Bu dərilər toxunma və ya təzyiq vasitəsilə obyekti hiss edir, məlumatı sinirlər vasitəsilə beyinə çatdırır. Beyin daha sonra obyekti qaldırmaq və ya saxlamaq üçün lazım olan motorları işə salır. Bu texnologiya sayəsində insan bədəninə rədd edilmə qorxusu olmadan süni oynaqlar da implantasiya edilə bilər.

Ağıllı dərilər geyimə taxıla və ya birbaşa dəriyə yerləşdirilə bilər.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


By admin

//zikroarg.com/4/5013541