Press reliz

Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə yardımı ilə Tərtər rayonunda icra etdiyi “Mina qurbanları və qazilərin sosial təminatının gücləndirilməsi təşəbbüslərinin dəstəklənməsi” mövzusunda yekun müzakirə-dinləmə keçirilmişdir. 

İlk öncə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri açılış nitqi ilə başlayan layihənin rəhbəri Məmmədhəsən Həsənov Vətən müharibəsi Azərbaycanın tarixi zəfəri ilə başa çatan 44 günlük müharibə, onun uğurları haqqında iştirakçıları məlumatlandırmaqla yanaşı müharibənin humanitar fəsadları, xüsusi ilə də partlamamış silah-sursat və minalarla çirklənmiş ərazilərin müqyası, təhlükləri haqqında öz fikirlərini bildirdi. O, həmçinin qeyd etdi ki, layihəninin əsas məqsədi mina qurbanları və qazilərin sosial problemlərinin dərindən araşdırılması, çatışmazlıqların müəyyən edilməsi və asanlaşdırıcı həllərin tapılmasına hədəflənir. 

Daha sonra layihənin eksperti Rəşad Həsənov təqdimatla çıxış edərək, hazırda Azərbaycanda mövcud olan sosial müdafiə və reabilitasiya mexanizmləri, onlardan istifadə qaydaları, davamlı təminat və inkluziv iqtisadi model qruculuğunda dövlət siyasətinin yeni istqamətləri haqqında iştirakçılara geniş məlumat verdi. 

Təqdimatdan sonra Tərtər rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov müvafiq sosial qrupların təmsilçiləri ilə onların gündəlik həyat fəaliyyətlərində üzləşdikləri çətniliklər, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi haqqında təklifləri və sualları ətrafında müzakirələr apardılar. 

Qarabağ Regional Məşğulluq filialının işsiz və iş axtaranlarla iş şöbəsinin rəisi Ağamoğlan İsmayılov və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin filialının baş mütəxəssisi Fazil Abbasov da müzakirə olunan mövzu ilə bağlı öz fikirlərini və bu günə qədər gördükləri işlər haqda ətraflı məlumat verərək, tədbir iştirakşılarının suallarını cavablandırdılar. 

Sonda tədbir müzakirələrlə yekunlaşaraq, Layihənin rəhbəri Məmmədhəsən Həsənov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin 

Həllinə Kömək” İctimai Birliyinin sədri: Həsənov Məmmədhəsən Murad oğlu

Başa dön tuşu