Nazilə Səfərli gəlininə xınayaxdı etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Şair Nazilə Səfərli oğlu Nurlanı evləndirir.

Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, Nurlan Nuranə adlı xanımla ailə qurub. Cütlüyün nikah mərasimi və gəlingətirdisi baş tutub.

Ötən gün isə N.Səfərli gəlini üçün xınayaxdı mərasimi edib. Məclisə şou-biznesin xanım ifaçıları, aparıcılar da qatılıblar.

Gəlininin üzünü gizlədən şair bu dəfə buna nail ola bilməyib. Belə ki, məclisdən qonaqlar görüntüləri, eləcə də gəlinin videosunu sosial şəbəkədə paylaşıblar.

Qeyd edək ki, Nurlan və Nuranənin toyu mayın 9-da olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu