Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sumqayıt şəhərində narkotik vasitənin təsiri altında avtomobil idarə edən və yol polisinin qanuni saxlama tələbinə tabe olmayan sürücü saxlanılıb.

Bu barədə Musteqil.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, Tural Hüseynov şəhər ərazisində idarə etdiyi avtomobillə ardıcıl olaraq kobud qayda pozuntuları etdiyi üçün Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları ona saxla işarəsi verib.

Amma sürücü onlardan qaçmağa çalışıb. Yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində Tural Hüseynovun saxlanılması təmin edilib. Sürücü daha sonra Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən tibbi müayinəyə cəlb edilib və onun sükan arxasında narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib.

Tural Hüseynov barəsində toplanan material məhkəməyə göndərilib və o, məhkəmənin qərarı ilə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün inzibati qaydada həbs edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


//ugroocuw.net/4/5013541