Müstəqil.az

Ankara Vaşinqtondan ya F-35 qırıcılarının tədarükü proqramı ilə bağlı qərarın dəyişdirilməsini, ya da pulun geri qaytarılmasını tələb edir.

Müstəqilaz xəbər verir ki, bu barədə Anadolu agentliyinə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Konqresdə bu məsələ ilə bağlı müəyyən irəliləyişlər var. F-35-ə gəlincə, Konqres öz qərarını yenidən nəzərdən keçirməlidir. Biz deyirik ki, ya bu qərarı ləğv edin, ya da verdiyimiz pulu geri qaytarın “, – deyə o bildirib.

ABŞ əvvəllər Türkiyəyə Ankaranın Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini alması səbəbindən ən yeni F-35 qırıcılarının tədarükü proqramından çıxarılması barədə rəsmi bildiriş göndərmişdi. ABŞ F-35 üzrə Türkiyə ilə birgə memorandumu ləğv edərək F-35 layihəsi üzrə yeddi tərəfdaşla – Böyük Britaniya, İtaliya, Niderland, Avstraliya, Danimarka, Kanada və Norveç ilə müqavilə imzalayıb.

//lephaush.net/4/5013541