Moldova Prezidenti İlham Əliyevə zəng etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Mayın 30-da Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Metbuat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında Maya Sandu Prezident İlham Əliyevi və Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib və ən səmimi arzularını çatdırıb.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub, enerji, iqtisadi və ticari əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Həmçinin regional və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu