Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını başa vuran Küveyt seçməsi ilə növbəti yoldaşlıq oyununu keçirib.

Musteqil.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki meydançada baş tutan qarşılaşma Azərbaycan komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində Fuad Hüseynov, Amid Nəzərov və Ramil Əliyev fərqlənib.

Qeyd edək ki, yığma bu rəqiblə keçirdiyi dörd oyunun 3-də qələbə qazanıb, bir oyunda isə məğlub olub.

//zikroarg.com/4/5013541