Mahaçqala-Bakı birbaşa uçuşları başlayır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İyunun 3-dən etibarən Mahaçqala-Bakı reysi üzrə birbaşa uçuşlar həyata keçiriləcək.

Metbuat.az xəbər verir kİ, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, uçuşlar cümə və bazar günləri UTair aviaşirkəti tərəfindən həyata keçiriləcək.

Uçuş cədvəli: Mahaçqala hava limanından Moskva vaxtı ilə saat 15:00-da uçuş, Azərbaycanın paytaxtına eniş yerli vaxtla saat 17:30; Bakıdan uçuş yerli vaxtla saat 18:30-da, Moskva vaxtı ilə saat 18:30-da Mahaçqala hava limanına eniş.

Biletləri hava limanının kassasından və aviaşirkətin saytından əldə etmək olar.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu