Balidəki məşhur dini məbəddə çılpaq fotosu yayılan rusiyalı bloqer Alina Fazleyeva və sevgilisi İndoneziyadan deportasiya olunub.

Müstəqil.az lent.az-a istinadən xəbər verir ki, sevgilisi məbəddəki ağaca çılpaq halda sarılmış Fazleyevanın şəklini çəkərək sosial şəbəkədə paylaşıb. Bu hadisə İndoneziyada ciddi narazılıq doğurub. 13-cü əsrə aid məbəd müqəddəs hesab edilir və burada hər hası qeyri-etik hərəkət yolverilməzdir.

Deportasiyadan əvvəl cütlük məbəddə “günahdan təmizlənmə” mərasimində iştirak edib. Fazleeva artıq İnstaqramda indoneziyalılardan üzr istəyib.

//ashoupsu.com/4/5013541