“Layiqli qələbə qazandıq” – “Qəbələ”nin baş məşqçisi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Oyunun əhəmiyətini dərk edirdik. Bilirdik ki, çətin görüş olacaq. “Neftçi”yə qarşı oynamaq hər zaman çətindir. Komanda tapşırıqları maksimum yerinə yetirdi və layiqli qələbə qazandı”.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev evdə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXVI tur matçından sonra deyib.

O bildirib ki, qol epizodlarını yaratmaq böyük iş tələb edir: “Komandam daha yaxşısını etməyə qadirdir. Bütün düşüncələrimiz “Şamaxı”ya qarşı görüşlə bağlıdır. Yaxşı nəticə qazanmağa çalışacağıq”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Başa dön tuşu