KOBİA investorlara təqdim etmək üçün layihələrin qəbuluna başlayıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli layihələrə investisiyaların cəlb olunması məqsədilə KOB subyektlərindən layihələr qəbul etməyə başlayıb.

KOBİA-dan Metbuat.az-a verilən məlumata görə, investisiya layihələri ixracyönümlü və idxalı əvəz edən, yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalını nəzərdə tutmaqla, qeyri-neft sektorunun prioritet istiqamətlərini əhatə etməli, yeni müəssisələrin yaradılmasını və ya innovativ alətlərin tətbiqi ilə mövcud müəssisələrin və bizneslərin yenidən qurulmasını təmin etməlidir.

KOB subyektlərindən daxil olan layihələri ekspertlər qiymətləndirəcək, prioritet istiqamətlərə uyğun olan layihələrin maliyyə göstəriciləri qısa və uzunmüddətli dövrlər üçün təhlil edilərək həmin layihələr üzrə maliyyə modelləri qurmaqla yeni formada işləyib hazırlayacaqlar.

Yekun investisiya layihələrini KOBİA maraqlı investorlara təqdim edəcək. KOB subyektlər müraciət formasını (https://bit.ly/3kFMdhL) doldurmaqla 3 iyun 2022-ci il tarixinə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Başa dön tuşu