“Rusiya nümayəndəsinin BMT-də Azərbaycanı bioloji silah laboratoriyası qurmaqda ittiham etməsi Kremlin yeni təzyiq mexanizmidir. Rusiya Ukraynada öz hərbi məqsədlərinə nail olsaydı, bu tip saxta iddialarla digər postsovet ölkələrini də işğal edəcəkdi”. 

Musteqil.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, Rusiya Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi nizamı qəbul etmir:

“Bu geosiyasi nizam siyasi-iqtisadi əməkdaşlıq, sülhün və təhlükəsizliyin təmini, həmçinin  Ermənistanla sülh müqaviləsinin bağlanmasıını özündə ehtiva edir. Brüsselin vasitəçiliyi ilə Azərbaycanın Ermənistanla birbaşa təması və normallaşma prosesinə başlaması Moskvanın Azərbaycana qarşı təhdidlərinə və Ermənistanda müxalifətin etirazlara başlamasına rəvac verdi. Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini bağlamasına sükutla yanaşmayacaq. Qarabağda ciddi təxribatlar ola bilər. Bundan əlavə, Brüsseldə əldə olunuş razılaşmaya əsasən, aprelin sonunda sərhədlərin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiya yaradılmalı idi. Məhz Rusiyanın müdaxiləsindən sonra bu komissiya yaradılmadı”. 

Politoloq qeyd edib ki, Rusiyanın Azəbaycana təzyiqləri Kremlin gözlədiyi nəticələri verməyəcək:

“Ölkəmiz Prezident İlham Əliyevin Türkiyə ilə sıx siyasi-hərbi əməkdaşlığı dərinləşdirməsi nəticəsində Moskvanın təzyiqləri qarşısında duruş gətirə bilir. Qeyd edim ki, Rusiyanın Ukraynaya qarşı işğalı, qonşu ölkələrin təhlükəsizliyi ön plana çıxıb. Azərbaycan da öz hərbi doktirinasında dəyişikliklər edib, Türkiyənin hərbi bazasını Azərbaycanda rəsmən yerləşdirməlidir. Bu istiqamətdə işlərin getdiyi istisna deyil və növbəti ildə türk hərbi bazası Azərbaycanda mövcud ola bilər”.

gundemaz

//ashoupsu.com/4/5013541