Müstəqil.az

İranın Baş Qərargah rəisi general-mayor Məhəmməd Bakiri İranın yeraltı “gizli” PUA və SİHA bazalarından birinə baş çəkib.

Müstəqilaz bu barədə CNN Türk-ə istinadən xəbər verir.

İran Dövlət Televiziyasında ölkənin qərbindəki Zaqros dağlarındakı bazada 100-ə yaxın İHA və SİHA-nın saxlanıldığı bildirilib.

Yerin yüzlərlə metr altında olduğu bildirilən “Strateji İHA Baza 313” adlı gizli bazada müxtəlif tipli  çoxlu İHA və SİHA var.

Məhəmməd Bakiri burada verdiyi müsahibədə ölkəsinin İHA sahəsində gördüyü işlərə toxunaraq, “Bu inkişaflarla yanaşı, müdafiə sənayemiz də sürətlə inkişaf edir və dirşəlir. Tək SİHA ilə məhdudlaşmayaraq, SİHA və digər silahların istehsalı üçün lazım olan bütün avadanlıqlar ölkəmizdə istehsal olunur” – deyə verdiyi açıqlamada bildirib.

//thaudray.com/4/5013541